Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycanın "
H.Əliyev 1/8 finalda Valodya Franqulyanı (Ermənistan) 7:0, 1/4-də isə slovakiyalı Mikola Bolotnyuku isə 10:0 hesabı ilə məğlub edib. Azərbaycan pəhləvanı finala gedən yolda Rusiya təmsilçisi Aleksandr Boqomoyevə məğlub olub - 2:5. O, bürünc medal uğrunda türkiyəli Munir Recep Aktaşla döşək üzərinə çıxacaq.
R.Dibirhacıyev bürünc medal qazanmaq üçün gürcüstanlı Davit Tlaşadzeni məğlub etməlidir. O, polşalı Məhəmmədmurad Hacıyevə məğlub olduqdan sonra (2:7), təsəlliverici görüşdə bolqarıstanlı Miroslav Kirovu məğlub eyməyi bacarıb - 4:1. İkinci təsəlliverici görüşdə isə Azərbaycan güləşçisi macarıstanlı Zsombor Gulyası 4:3 hesabı ilə məğlub etməyi bacarıb.
Bolqarıstanlı Georgi Sredkovu 14:2 hesabı ilə məğlub edən digər Azərbaycan güləşçisi Nurməhəmməd Hacıyev 1/4 finalda rusiyalı pəhləvan Abdulraşid Sadullayevə eyni hesabla məğlub olub. 86 kq çəki dərəcəsində təsəlliverici görüşdə İtaliya təmsilçisi Tudor Vasile Zuzu üstələyən N.Hacıyev üçüncülük uğrunda polşalı Radoslav Marcinkieviçlə üz-üzə gələcək.
İlk görüşdə inamlı çıxış edən Cəmaləddin Məhəmmədov da eyni aqibətlə üzləşib. Litvalı Jonas Rudaviciusa 10:0 hesabı ilə qalib gələn azərbaycanlı güləşçi 1/8 finalda Türkiyə güləşçisi Taha Akgülə məğlub olub - 5:2. O, təsəlliverici görüşdə polşalı Robert Baranla güləşib və 11:0 hesablı qələbəyə sevinib. Bürünc medal uğrunda görüşdə C.Məhəmmədov slovakiyalı Soslan Qaqloyevlə üz-üzə gələcək.