​Azərbaycanın 3-3-ə basketbol üzrə komandalarının "Bakı 2015"dəki rəqibləri məlum olub

​Azərbaycanın 3-3-ə basketbol üzrə komandalarının "Bakı 2015"dəki rəqibləri məlum olub Azərbaycan həm kişi, həm də qadın basketbolçularla təmsil olunacaq
Avropa Oyunları
6 May , 2015 13:56
​Azərbaycanın 3-3-ə basketbol üzrə komandalarının Bakı 2015dəki rəqibləri məlum olub

Bakı. 6 may. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyası "Bakı 2015" I Avropa Oyunlarında kişi və qadınların 3-3-ə basketbol üzrə yarışlarının püşkatmasının nəticələrini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycanın qadınlardan ibarət komandası A qrupunda Hollandiya, İsveçrə və Yunanıstan, kişilərdən ibarət komanda isə D qrupunda Andorra, Çex Respublikası və İsveçrəyə qarşı mübarizə aparacaq.

Qadınların yarışında Çexiya Respublikası, Belçika, Türkiyə və Ukrayna B qrupunda, İspaniya, Sloveniya, İrlandiya və Slovakiya C qrupunda, Rumıniya, Rusiya, İsrail və Litva isə D qrupunda mübarizəyə qoşulacaqlar.

Kişilərin yarışında A qrupu üzrə Sloveniya, Rumıniya, Litva və İsrail, B qrupunda Rusiya, İspaniya, Türkiyə və Belçika, C qrupu üzrə Estoniya, Serbiya, İtaliya və Yunanıstan komandaları yarışacaqlar.

Dairəvi sistem üzrə keçiriləcək yarışlardan sonra bütün komandalar birbaşa seçmə mərhələyə irəliləyəcəklər və bu mərhələdə komandalar qrup üzrə yekun nəticələrinə əsasən seçiləcəklər.

Qeyd edək ki, 3x3 basketbol üzrə turnirlər, iyunun 23-dən etibarən 4 gün ərzində Bakıda, 2 000 tamaşaçı tutumuna malik, müvəqqəti yaradılmış Basketbol Arenasında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi