Yuxarı
    Bağlamaq

    ​Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək taekvondoçular müəyyənləşib

    Ramin Əzizov Bakı 2015də çıxış etməyəcək

    Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edəcək taekvondoçular açıqlanıb. Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.

    O, bildirib ki, Azərbaycan Oyunlarda 4 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Məhəmməd Məmmədov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beygi Harçeqani (80 kq) və yeni dünya çempionu Radik İsayev (+80 kq) çıxış edəcək. Qadınlardan isə Patimat Akabarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (+67 kq) tatami üzərinə çıxacaq.

    N.Paşayevin sözlərinə görə, fevralda məşq vaxtı ayağını zədələyən dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov hələ tam sağalmayıb. Bu səbəbdən, R.Əzizov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara qatılacaq. 

    Qeyd edək ki, taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. İyunun 16-da start götürəcək mübarizə 4 gün davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi