Yuxarı

Azərbaycan voleybolçuları Polşaya qalib gəlib

Millinin növbəti görüşü Ukraynaya qarşı olacaq

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə oyunlar keçirilib. "Report"un məlumatına görə, Azərbaycan Polşa komandası ilə qarşılaşıb.

H qrupunda keçirilən görüş yerli komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki setdə 21:18 hesabı qeydə alınıb. Millinin heyətində Yuliya Kərimova və Raquel Ferreyra çıxış edib.

Millinin növbəti görüşü Ukraynaya qarşı olacaq. Matç saat 21:00-da start götürəcək.

Eyni qürupda digər görüş isə Çexiya və Ukrayna komandaları arasında baş tutub. Març çexiyalıların üstünlüyü ilə yekunlaşıb - 2:0.

D qrupunda gedən mübarizələrdə Hollandiya Bolqarıstanı, Finlandiya isə Yunanıstanı 2:0 hesabı ilə məğlub etməyi bacarıb. Yalnız E rupunda keçirilən qarşılaşmada hər 3 set oynanılıb. Bu oyunda İtaliya Belarusdan güclü olub - 2:1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi