Bakı. 16 iyun. REPORT.AZ/ "
H qrupunda keçirilən görüş yerli komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki setdə 21:18 hesabı qeydə alınıb. Millinin heyətində Yuliya Kərimova və Raquel Ferreyra çıxış edib.
Millinin növbəti görüşü Ukraynaya qarşı olacaq. Matç saat 21:00-da start götürəcək.
Eyni qürupda digər görüş isə Çexiya və Ukrayna komandaları arasında baş tutub. Març çexiyalıların üstünlüyü ilə yekunlaşıb - 2:0.
D qrupunda gedən mübarizələrdə Hollandiya Bolqarıstanı, Finlandiya isə Yunanıstanı 2:0 hesabı ilə məğlub etməyi bacarıb. Yalnız E rupunda keçirilən qarşılaşmada hər 3 set oynanılıb. Bu oyunda İtaliya Belarusdan güclü olub - 2:1.