Yuxarı
    Bağlamaq

    Azərbaycan üzgüçüsü "Bakı 2015"in yarımfinalında mübarizəni dayandırıb - YENİLƏNİB

    Anton Jeltyakov 1 dəqiqə 03.83 saniyə ilə yarımfinala yüksəlib

    Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında üzgüçülük yarışları keçirilir. "Report"un məlumatına görə, Azərbaycan idmançıları final mərhələsinə vəsiqə qazana bilməyib.

    Kişilər arasında 100 metr məsafəyə brass üzmədə Anton Jeltyakov 1 dəqiqə 03.83 saniyə ilə yarımfinala yüksəlib. Yarımfinalda 8 ən güclü idmançı arasında mübarizə aparan A.Jeltyakov siyahının sonuncu pilləsində yer alıb. O, finişə 1 dəqiqə 03.83 saniyəyə çatıb.

    Kişilər arasında 100 metr məsafəyə kəpənək yarışında Murat Ayxan çıxış edib. O, 1 dəqiqə 02.33 saniyə ilə siyahıda 55-ci olub. Eyni növdə çıxış edən İvan Andrianov isə 56.03 saniyə ilə 24-cü olub. 50 metr məsafəyə arxası üstə üzmədə Qriqori Kalminski yarışıb. Təyin edilmiş məsafəni 27.89 saniyəyə üzən Q.Kalminski 42 iştirakçı arasında 36-cı olub.

    Qadınlar arasında 50 metr məsafəyə sərbəst üzmədə Anna Mançenkova 29.07 saniyə 58 iştirakçı arasında ilə 56-cı olub. 100 metr məsafəyə arxa üstə üzməkdə isə Yuliya Stisyuk çıxış edib. O, 1 dəqiqə 10.50 saniyə ilə 38-ci yerdə qərarlaşıb.

    *** 09:47

    Bakı. 26 iyun. REPORT.AZ/ " Bakı 2015" I Avropa Oyunlarında üzgüçülük yarışları davam edir. "Report"un məlumatına görə, yarışın 4-cü günündə Azərbaycanın 6 üzgüçüsü qüvvəsini sınayacaq.

    Bunlar kişilər arasında 100 metr məsafəyə kəpənək yarışında Murat Ayhan və İvan Andrianov, eyni məsafəyə brass yarışında Anton Jeltyakov, 50 metr arxası üstə üzmədə Qriqori Kalminskidir. Qadınların yarışında isə 50 metr məsafəyə sərbəst üzmədə Anna Mançenkova, 100 metr arxası üstə üzmədə Yuliya Stisyuk iştirak edəcək.

    Qarışıq şəkildə üzmədə isə 4x100 metr məsafəyə ötürmə yarışları keçiriləcək.

    Qeyd edək ki, üzgüçülük yarışları iyunun 27-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi