Yuxarı

Azərbaycan Avropa Oyunlarında 11-ci qızıl medalını qazanıb - FOTO - YENİLƏNİB

Ayxan Tağızadə finalda Karol Robaka qalib gələrək qızıl medal əldə edib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Avropa Oyunlarında 11-ci qızıl medalını qazanıb.

"Report" xəbər verir ki, Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə finala çıxıb.

Tağızadə, finalda Karol Robakla qarşılaşıb. Təmsilçimiz rəqibinə 10:9 hesabı ilə qalib gələrək qızıl medal əldə edib.

FOTO: Elşən Baba

****

17:30

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Ayxan Tağızadə finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı taekvondoçu yarımfinalda rusiyalı Aleksey Denisenkonu məğlub edib - 7:1. 

Görüşü izləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyeva da olub.  

A.Tağızadənin həllecici görüşdə rəqibi digər yarımfinaldakı Karol Robak (Polşa) - Vladislav Arventiy (Moldova) cütünün qalibi olacaq.

****

16:09

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Ayxan Tağızadə 1/4 final görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib Olimpiya, 2 qat dünya və 2 qat Avropa çempionu olub. 

Titullu rəqibi ilə qarşılaşmada 19 yaşlı A.Tağızadə 7:5 hesablı qələbəyə nail olub. Gənc taekvondoçu yarımfinalda rusiyalı Aleksey Denisenko ilə qarşılaşacaq.  

57 kq çəki dərəcəsindəki Günay Ağakişiyeva isə uduzduğu rəqibinin finaladək irəliləyə bilməməsi səbəbindən mübarizəni dayandırıb. 

***

11:24

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Günay Ağakişiyeva və Ayxan Tağızadə ilk görüşlərini keçirib. "Report"un məlumatına görə, 57 kq çəki dərəcəsindəki Ağakişiyeva ilkin mərhələdə serbiyalı Draqana Qladoviçlə üz-üzə gəlib.

Görüş Ağakişiyevanın məğlubiyyəti ilə yekunlaşıb - 8:4. 68 kq çəkidə yer alan Ayxan Tağızadə isə sloveniyalı Yure Pantarla üz-üzə gəlib. Görüş Tağızadənin qələbəsi ilə tamamlanıb - 11:3. O, 1/4 finalda ispaniyalı Joel Qonsales Bonilla ilə üz-üzə gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi