Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycan xalqı I Avropa Oyunlarına ciddi hazırlaşır. Bu, təkcə dövlətin tədbiri deyil, ümumxalq tədbirdir. Biz bu tədbirdən maksimum istifadə edib Azərbaycan xalqının həm milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, xalqın həyat tərzini, o cümlədən problemlərimizi, torpaqlarımızın işğalı faktını, neçə illərdir ölkəmizin bölgədə yürütdüyü siyasəti, qonşularla münasibətlərimizi Avropa Oyunlarından istifadə edib dünyaya çatdıracağıq". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O qeyd edib ki, Azərbaycanda bir idman əhvali-ruhiyyəsi yaşanır: "Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq.