Yuxarı

​Azərbaycan güləşçiləri Avropa Oyunlarına iranlı pəhləvanlarla birgə hazırlaşır

Onların arasında üçqat Asiya çempionu da var

Bakı. 26 may. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandası "Bakı 2015" I Avropa Oyunlarına iranlı pəhləvanlarla birgə hazırlaşır. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına isitnadən verdiyi məlumata görə, Olimpiya Güləş Mərkəzində keçirilən təlim-məşq toplanışına ümumilikdə 30-a yaxın güləşçi qatılıb.

İran pəhləvanları arasında qitə və dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami də var. Mayın 18-dən start götürən toplanış baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında iyunun 2-dək davam edəcək. Bu təlim-məşq toplanışı həm də Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında güləş yarışları 13 - 18 iyunda Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi