Yuxarı

Azərbaycan gimnastı: "Məqsədimiz finala vəsiqə qazanmaqdır"

Bu, yaxşı nəticədir

Bakı. 19 iyun. REPORT.AZ/ "Çıxışımızdan çox razıyıq. Düzdür, bundan da yaxşı ola bilərdi. Bizim kiçik səhvlərimiz oldu. Belə səhvlər həmişə olur". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanı akrobatika gimnastikasında təmsil edən Aynur Hüseynova deyib.

Qadınlar arasında çöxnövçülükdə qruplarla çıxışı dəyərləndirən gimnast çıxışı zamanı olan səhvlərdən qaçmağın mümkün olmadığını deyib. O, bildirib ki, əsas olan məşqçinin razı qalmasıdır: "Ümumi baxdıqda, nəticə pis deyil. Biz 5-ci yerdə qərarlaşdıq. Az müddət məşq etdiyimizi nəzərə alsaq, bu, yaxşı nəticədir. Çünki I Avropa Oyunlarında çıxış etmək üçün bir ilə yaxın idi ki, məşq edirdik. Hesab edirik ki, bu nəticə olduqca normaldır".

Çoxnövçülük yarışlarında 5-ci yerdə qərarlaşan Azərbaycan gimnastlarından ibarət qrupun üzvü ümidlərinin iyunun 21-də keçirilək balans və temp hərəkətləri üzrə final yarışlarına olduğunu söyləyib: "Məqsədimiz finala vəsiqə qazanmaqdır".

Qeyd edək ki, Azərbaycanın Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan qrup komandası akrobatika gimnastikasının çoxnövçülük yarışını 5-ci pillədə başa vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi