Yuxarı

Azərbaycan cüdoçusu Rusiyada qızıl medal qazanıb - FOTO

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı bütün rəqiblərinə qalib gəlib

Bakı. 16 aprel. REPORT.AZ/Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku yarışına start verilib. 

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası mötəbər yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Cüdoçumuz finala gedən yolda Fransa, Braziliya və Gürcüstan idmançılarını məğlub edib. Qurbanlı final qarşılaşmasında isə tatani sahibi Damir Meremov üzrərində qələbə qazanıb.

Qeyd edək ki, 22 ölkədən 346 idmançının qatıldığı Avropa Kubokunda millimiz 21 cüdoçu ilə təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi