Yuxarı
    Bağlamaq

    Azərbaycan Boks Federasiyası Məhəmmədrəsul Məcidovun zədəsi ilə bağlı açıqlama verib

    Nağı Səfərov: Həkimlər boksçumuzun yarımfinal görüşünə çıxmasına icazə verməyiblər

    Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın boks üzrə Avropa və ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov "Bakı 2015" I Avropa Oyunlarında yarımfinal görüşünə çıxmayacaq. Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov məlumat verib. 

    Onun sözlərinə görə, səbəb 91 kq-dan yuxarı çəkidə yer alan idmançının zədəli olmasıdır: "Əvvəlki döyüşündə Məcidovun qaşı partlayıb. Buna görə həkimlər onun yarımfinalda çıxışına icazə verməyiblər".

    Qeyd edək ki, Məhəmmədrəsul Məcidov ilk dəfə 1/8 finalda gürcüstanlı Mixail Baxtidze ilə qarşılaşmada zədələnib. Onun qaşı rəqibin baş zərbəsinə tuş gəlib. Növbəti görüşündə isə türkiyəli Ali Demirezenin zərbəsindən sonra M.Məcidovun qaşından qan açılıb. Həmin qarşılaşmanı Azərbaycan boksçusu qələbə ilə başa vursa da, yarımfinalda onun rusiyalı Həsən Hümbətovla döyüşə çıxması məqsədəuyğun sayılmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi