"Bakı 2015": ​Azərbaycan qadın və kişi basketbolçuları qələbə qazanıblar

"Bakı 2015": ​Azərbaycan qadın və kişi basketbolçuları qələbə qazanıblar Hər iki komandamız Niderland və Andorra ilə görüşlərdən qələbə ilə ayrılıblar
Avropa Oyunları
24 İyun , 2015 20:40
Bakı 2015: ​Azərbaycan qadın və kişi basketbolçuları qələbə qazanıblar

Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycanın 3x3 basketbolu üzrə qadınlardan ibarət yığma komandası Niderland yığması ilə görüşdə 14:10 hesabı ilə qələbə qazanıb. Baş məşqçi Tatyana Slojenitsina heyətdə Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verib. Komandamız növbəti görüşdə Yunanıstan millisi ilə qarşılaşacaq. Matç Avropa Oyunları Parkında saat 21:10-da baş tutacaq. 

Azərbaycanın 3x3 basketbolu üzrə kişilərdən ibarət yığma komandası isə Andorra millisini 20:14 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. 

*** 16:39

"Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycanın 3x3 basketbolu üzrə qadınlardan ibarət yığma komandası növbəti matçını keçirir. "Report"un məlumatına görə, budəfəki rəqib Niderland millisidir.

A qrupunda mübarizə aparan Azərbaycan yığması ilk turda İsveçrəyə məğlub olub - 11:15. Hazırda təşkilatçı ölkə komandası 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi