Azərbaycana "Bakı 2015"də ilk qızıl medalı qazandıran idmançıya mükafatı Prezident İlham Əliyev təqdim edib - ƏLAVƏ OLUNUB

Azərbaycana "Bakı 2015"də ilk qızıl medalı qazandıran idmançıya mükafatı Prezident İlham Əliyev təqdim edib - ƏLAVƏ OLUNUB Azərbaycanın daha bir idmançısı Niyazi Əliyev isə bürünc medal qazanıb
Avropa Oyunları
13 İyun , 2015 18:35
Azərbaycana Bakı 2015də ilk qızıl medalı qazandıran idmançıya mükafatı Prezident İlham Əliyev təqdim edib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 18:18-də dərc edilib. 

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. "Report"un məlumatına görə, qızıl medalı komandanın aktivinə karateçi Firdovsi Fərzəliyev qazandırıb. Kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda qrup mərhələsində məğlub etdiyi italiyalı Luka Mareska ilə qarşılaşaraq rəqibini 4:0 hesabı ilə qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev karateçimizin uğurlu çıxışını izləyib. Məhz Azərbaycana "Bakı 2015" I Avropa Oyunlarında ilk qızıl medalı qazandıran Firdovsi Fərzəliyevə mükafatı Prezident İlham Əliyev təqdim edib.

***18:35

Kişilər arasında kumite yarışlarında 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın daha bir idmançısı Niyazi Əliyev isə bürünc medal qazanıb. O, almaniyalı Rikardo Qiqleri 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi