Bakı. 16 dekabr.REPORT.AZ/ BP Azərbaycan şirkəti və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən yaradılmış Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramı ictimaiyyətə təqdim edilib.
"Report"un xəbərinə görə, təqdimat mərasimini BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel açıb. O, oyunlar Akademiyasının eksklüziv rəsmi tərəfdaşı olmaqdan məmnun olduğunu bildirib:
"Burada hədəf Bakı 2015 Avropa Oyunlarından da sonrakı gələcəkdir. BP həmişə gənclər üçün inkişaf və təhsil proqramlarını dəstəkləyib. Mən əminəm ki, Oyunlar Alademiyasındakı iştirakçıların artıq başa vurduğu təlim modulları son dərəcə faydalı olub. İnanıram ki, Oyunlar Akademiyası Azərbaycan və Avropa ölkələrindən olan 188 məzunun əksəriyyətinə uzunmüddətli karyera üçün yol açacaq".
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov isə bunları deyib:
“Azərbaycan bu oyunları keçirməyə tam hazırdır. Biz Avropa Oyunları 2015-dən sonra 2016-cı ildə islam ölkələrinin şahmat turnirinə və həmçinin 2020-ci ildə futbol üzrə Avropa Çempionatının yarımfinal mərhələlərini Bakıda keçirəcəyik".