Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Avropa Oyunları
  • 24 iyun, 2019
  • 14:34
Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, kişilərin şəxsi yarışında G qrupunda mübarizə aparan idmançı ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ezmi Qovimuramadhon iyunun 25-də lüksemburqlu Robert Mann, 26-da qrupun rusiyalı Vladimir Malkovla qarşılaşacaq.