​Azərbaycan atıcısı Ruslan Lunyov "Bakı 2015"də finala yüksələ bilməyib

​Azərbaycan atıcısı Ruslan Lunyov "Bakı 2015"də finala yüksələ bilməyib O, iki növün cəmində 575 xal toplayıb
Avropa Oyunları
21 İyun , 2015 15:29
​Azərbaycan atıcısı Ruslan Lunyov Bakı 2015də finala yüksələ bilməyib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən idmançı Ruslan Lunyov 25 metrdən tapança ilə atıcılığın sürətli və sərrast atış növlərində topladığı xalların cəminə əsasən növbəti mərhələyə çıxa bilməyib.

"Report"un məlumatına görə, o, birinci mərhələdə 290 xal (99, 97, 94), ikinci mərhələdə isə 285 xal (95, 96, 94) toplayıb. İki növün cəmində Ruslan Lunyov 575 xalla yarışı 12-ci yerdə başa vurub. 

Qeyd edək ki, final mərhələsinə ilk 6-lığa düşənlər yüksəlib. 

Son xəbərlər

Orphus sistemi