Azərbaycan atıcıları II Avropa Oyunlarında debüt ediblər

Azərbaycan atıcıları II Avropa Oyunlarında debüt ediblər Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvləri Nigar Nəsirova və Ruslan Lunyov “Minsk 2019” II Avropa Oyunlarında debüt ediblər.
Avropa Oyunları
22 İyun , 2019 11:39
Azərbaycan atıcıları II Avropa Oyunlarında debüt ediblər

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvləri Nigar Nəsirova və Ruslan Lunyov “Minsk 2019” II Avropa Oyunlarında debüt ediblər.

“Report” xəbər verir ki, onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıblar. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutublar.

Qeyd edək ki, ilk 8 yeri tutan komandalar növbəti raunda yüksəlib.

Son xəbərlər

Orphus sistemi