​Azad Rəhimov: "Heç bir sahədə gecikmə yoxdur" - FOTO

​Azad Rəhimov: "Heç bir sahədə gecikmə yoxdur" - FOTO "Bu uzun müddət xatirələrdə qalacaq"
Avropa Oyunları
30 Aprel , 2015 14:49
​Azad Rəhimov: Heç bir sahədə gecikmə yoxdur - FOTO

Bakı. 30 aprel. REPORT.AZ/ I Avropa Oyunlarında istifadə olunacaq uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasiminə qatılan gənclər və idman naziri, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov və BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq jurnalistlər üçün brifinq keçiriblər. "Report"un məlumatına görə, A.Rəhimovb bildirib ki, "Bakı 2015" Azərbaycanın bugünədək ev sahibliyi etdiyi ən böyük beynəlxalq idman tədbiridir: "Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək. İşçi heyətin və könüllülərimizin öz uniformalarını qürurla geyəcəklərinə şübhəm yoxdur. Onlar Azərbaycanın inkişafını, dəyərlərini və qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər".

Onun sözlərinə görə, Oyunlara hazırlıqda heç bir sahədə gecikmə yoxdur: "Beynəlxalq standartlara uyğun idman qurğuları tikilərək istifadəyə verilir. Onlar Oyunlardan sonra gənclərin ixtiyarında olacaq. Şəhərin müxtəlif yerlərində brendinqlər açılacaq. Hamı görəcək ki, oyunlar çox yüksək səviyyədə təşkil ediləcək və bu uzun müddət xatirələrdə qalacaq. Hamı çox böyük həyəcan keçirir və biz Azərbaycanın qonaqpərvərliyini nümayiş etdirəcəyik".

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq formaların dizaynına və dəstəyə görə "Bakı 2015"in Təşkilat Komitəsinə və könüllülərə minnətdarlığını bildirib. O deyib ki, I Avropa Oyunları Azərbaycan üçün tarixi hadisəyə çevriləcək: "Mən dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün görülən hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramına tam hazır olmağımıza daha bir addım yaxınlaşdırır".

"Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi