​Avropa Oyunlarının 13-cü günü medal qazanan ölkələr - CƏDVƏL

​Avropa Oyunlarının 13-cü günü medal qazanan ölkələr - CƏDVƏL Azərbaycan Oyunların 14-cü günü medalsız qalıb
Avropa Oyunları
25 İyun , 2015 06:28
​Avropa Oyunlarının 13-cü günü medal qazanan ölkələr - CƏDVƏL

Bakı. 25 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında geridə qalan yarışların nəticələrinə əsasən, Azərbaycan medal siyahısında 2-ci pillədəki yerini hələ ki, qorumaqda davam edir.

"Report"un məlumatına görə, siyahının birinci pilləsində əvvəlki kimi Rusiya, üçüncü pilləsində isə Almaniya qərarlaşıb.

Azərbaycan Oyunların 13-cü günü hesabına medal əlavə edə bilməyib.

Rusiya isə son yarış günündə hesabına daha 13 medal əlavə etməklə onların ümumi sayını 109-a çatdırıb. Üçüncü yerdə qərarlaşan Almaniya çərşənbə günü 5 medal qazanaraq Azərbaycana bir addım da yaxınlaşıb.

Digər medal qazanan ölkələr sırasında Fransa, Norveç, İtaliya, Böyük Britaniya, Macarıstan, Hollandiya, Ukrayna və İsrailin adı var.

Sıra Ölkə Qızıl Gümüş Bürünc Ümumi
1 Rusiya 51 31 27 109
2 AZƏRBAYCAN 14 11 15 40
3 Almaniya 13 12 15 40
4 B.Britaniya 12 4 10 26
5 Belarus 10 9 22 41
6 Serbiya 8 4 1 13
7 Macarıstan 8 2 6 16
8 İtaliya 7 12 6 25
9 İspaniya 7 8 8 23
10 İsveçrə 7 4 2 13
11 Ukrayna 6 11 17 34
12 Fransa 6 5 10 21
13 Türkiyə 5 3 17 25
14 Hollandiya 4 7 7 18
15 Belçika 3 3 1 7
16 Portuqaliya 2 4 2 8
17 Slovakiya 2 2 2 6
18 Polşa 1 6 6 13
19 Rumıniya 1 4 4 9
20 Yunanıstan 1 4 2 7
21 Xorvatiya 1 3 5 9
22 İsveç 1 2 3 6
23 Litva 1 0 3 4
24 Latviya 1 0 1 2
25 Sloveniya 1 0 0 1
26 Avstriya 0 6 3 9
27 Gürcüstan 0 3 7 10
28 İsrail 0 3 5 8
29 Bolqarıstan 0 3 4 7
30 Danimarka 0 2 1 3
31 Çexiya 0 1 4 5
32 Moldova 0 1 2 3
33 San-Marino 0 1 1 2
34 Ermənistan 0 1 0 1
34 Kipr 0 1 0 1
36 Estoniya 0 0 2 2
36 Makedoniya 0 0 2 2
36 Norveç 0 0 2 2
39 Finlandiya 0 0 1 1
39 Monteneqro 0 0 1 1

Son xəbərlər

Orphus sistemi