Azərbaycanı ​Avropa Oyunlarında təmsil edəcək velosipedçilər müəyyənləşir

Azərbaycanı ​Avropa Oyunlarında təmsil edəcək velosipedçilər müəyyənləşir İlk yarış günündə iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar
Avropa Oyunları
14 May , 2015 18:55
Azərbaycanı ​Avropa Oyunlarında təmsil edəcək velosipedçilər müəyyənləşir

Bakı. 14 may. REPORT.AZ/ Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatına start verilib. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, yarışda yığma komandaların, o cümlədən "Synergy Baku Cycling Project" klubunun bütün azərbaycanlı üzvləri iştirak edir.

Yarışın keçirilməsində əsas məqsəd "Bakı-2015" I Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirməkdir.

İlk yarış günündə iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçiriləcək və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. UCİ təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədardır.

Belə ki, iyunda Bakı mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.

Son xəbərlər

Orphus sistemi