Avropa Oyunlarında 25 dəst medal öz sahibini tapıb - SİYAHI

Avropa Oyunlarında 25 dəst medal öz sahibini tapıb - SİYAHI Medallar gimnastika, atıcılıq, çimərlik voleybolu və digər idman növləri üzrə oynanılıb
Avropa Oyunları
22 İyun , 2015 00:56
Avropa Oyunlarında 25 dəst medal öz sahibini tapıb - SİYAHI

Bakı. 22 İyun. REPORT.AZ/ Ötən gün "Bakı 2015" I Avropa Oyunlarında 25 dəst medal öz sahibini tapıb.

"Report" xəbər verir ki, medallar aerobika, akrobatika, bədii və batut gimnastikaları, atıcılıq, çimərlik voleybolu, kamandan oxatma, şosse velosipedi idmanı, su polosu və suya tullanma növləri üzrə oynanılıb.

Azərbaycan idmançıları günü 1 gümüş və 1 bürünc medal ilə başa vurublar. Gümüş medalı  Azərbaycan gimnastı Marina Durunda bədii gimnastika üzrə fərdi lent oyunlarında qazanıb, bürünc medalı isə batut gimnastikası yarışlarında çıxış edən İlya Qrişunin komandamızın aktivinə yazdırıb. 

Aerobika gimnastikası - Qarışıq cütlük

1. Sara Moreno Lopez - Vicente Lli Lloris (İspaniya)

2. Michela Castoldi - Davide Donati (İtaliya)

3. Dukhik Dzhanazian - Denis Solovev (Rusiya)

Aerobika gimnastikası - Qruplar

1. Macarıstan

2. Rumıniya

3. İspaniya

Akrobatika gimnastikası - Qarışıq cütlük - Temp hərəkətləri

1. Marina Çernova  - Georgy Pataraya  (Rusiya)

2. Yana Vastavel -  Solano Cassamajor (Belçika)

3. Baughn Hannah - Bartlett Ryan (Böyük Britaniya)

Akrobatika gimnastikası - Qadınlar arasında Qrup - Balans hərəkətləri

1.Belçika

2.Rusiya

3.Belarus

Akrobatika gimnastikası - Qarışıq cütlük - Balans hərəkətləri

1. Marina Çernova  - Georgy Pataraya  (Rusiya)

2. Vastavel Yana - Cassamajor Solano (Belçika)

3. Baughn Hannah - Bartlett Ryan (Böyük Britaniya)

Akrobatika gimnastikası - Qadınlar arasında Qrup - Temp hərəkətləri

1.Belçika

2.Rusiya

3.Belarus

Atıcılıq - Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş

1. Sauveplane Valerian (Fransa)

2. Petar Gorsa  (Xorvatiya)

3.  Vitali Bubnoviç (Belarus)

Atıcılıq - Kişilər arasında Dairəvi stend

1. Luchini Valerio (İtaliya)

2. Stefan Nilsson  (İsveç)

3. Marko Kemppainen  (Finlandiya)

Atıcılıq - Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş

1. Christian Reitz  (Almaniya)

2. Aleksey Klimov  (Rusiya)

3. Olive Geis r (Almaniya)

Batut gimnastikası (kişilər)

1. Dmitri Uşakov (Rusiya)

2. Uladzislau Hançarou (Belarus)

3. İlya Qrişunin (AZƏRBAYCAN)

Batut gimnastikası (Qadınlar)

1. Yana Pavlova  (Rusiya)

2. Driscoll Katherine (Böyük Britaniya)

3. Hanna Harçonak  (Belarus)

Batut gimnastikası - Kişilər arasında sinxron hərəkətlər

1. Mixail Melnik  - Dmitri Uşakov  (Rusiya)

2. Vladislav Qançarov  - Kazak Mikalai (Belarus)

3. Martin Gromowski  - Sonn Kyrylo (Almaniya)

Batut gimnastikası - Qadınlar arasında sinxron hərəkətlər

1. Anna Kornetskaya  - Yana Pavlova  (Ruisya)

2. Jurbert Marine - Vallez Joelle (Fransa)

3. Martins Beatriz - Rente Ana (Portuqaliya)

Bədii gimnastika - Fərdi Həlqə

1. Mamun Margarita (Rusiya)

2. Staniouta Melitina (Belarus)

3. Rivkin Neta (İsrail)

Bədii gimnastika - Qrup Lent

1. Rusiya

2.Ukrayna

3. İsrail

Bədii gimnastika - Qrup Gürzlər və Halqalar

1. Belarus

2. İsrail

3. Ukrayna

Bədii gimnastika - Fərdi Top

1. Yana Kudryavtseva  (Rusiya)

2. Rizatdinova Ganna (Ukrayna)

3. Staniouta Melitina (Belarus)

Bədii gimnastika - Fərdi Gürzlər

1. Kudryavtseva Yana (Rusiya)

2.  Ganna Rizatdinova (Ukrayna)

3. Melitina Staniouta  (Belarus)

Bədii gimnastika - Fərdi Lent

1.  Yana Kudryavtseva (Rusiya)

2.  Marina Durunda (AZƏRBAYCAN)

3. Salome Pazhava (Gürcüstan)

Çimərlik voleybolu - Kişilər arasında

1. Latviya

2. Rusiya

3. Çexiya

Şosse velosipedi idmanı - Kişilər

1. Sanchez Gil Luis Leon (İspaniya)

2. Andriy Grivko (Ukrayna)

3.  Petr Vakoc (Çexiya)

Su polosu - Kişilər

1.Serbiya

2.İspaniya

3.Yunanıstan

Suya tullanma - Qadınlar arasında 3m tramplin

1. Torrance Katherine (Böyük Britaniya)

2. Ekaterina Nekrasova  (Rusiya)

3. Oettinghaus Saskia (Almaniya)

Suya tullanma - Kişilər arasında Platforma

1. Lee Matthew (Böyük Britaniya)

2. Nikita Şleyxer  (Rusiya)

3.  Alexis Jandard (Fransa)

Son xəbərlər

Orphus sistemi