Yuxarı
    Bağlamaq

    "ASAN xidmət" könüllüləri I ​Avropa Oyunlarına dəstək aksiyası keçirəcəklər

    Aksiyada Bakı və Sumqayıt mərkəzlərinin 40 könüllüsü iştirak edəcək

    Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" ilk Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına dəstək məqsədilə "ASAN xidmət" könüllüləri aksiya keçirəcəklər. "Report"un məlumatına görə, könüllülər iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.

    Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar. Yarış saat 11:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi