Bakı. 26 iyun. REPORT.AZ/ "Biz idmançılarımızın uğurlu çıxış edəcəyinə inanırdıq. Deyə bilərəm ki, onlar gözlədiyimizdən daha yüksək nəticələr göstərirlər".
"Report" xəbər verir ki, bunu mətbuat konfransında Rusiya idmançılarının I Avropa Oyunlarındakı çıxışlarını şərh edən bu ölkənin
Jukov Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən danışaraq, rus idmançılarının uğurlu çıxışını da qeyd edb. O vurğulayıb ki, Rusiya Bakıdakı Oyunlara ən güclü idmançılarını göndərib.
Bundan əlavə, Rusiya MOK prezidenti gələcəkdə Rusiyanın Avropa Oyunlarını keçirə biləcəyini də söyləyib.
Bakıda ilk Avropa Oyunları çərçivəsində keçirilən boks yarışlarında hakimlərin qərəzli mövqeyi ilə əlaqədar erməni tərəfinin iddialarını şərh edən Jukov, hakimlərin işinin obyektiv və yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, yarışlarda müxtəlif ölkələrdən olan hakimlər oyunları idarə edir və Rusiya tərəfinin hakimlərlə bağlı heç bir şikayəti yoxdur.