​Aleksandr Çervyakov: "Hər bir komanda ən güclü oyununu göstərəcək"

​Aleksandr Çervyakov: "Hər bir komanda ən güclü oyununu göstərəcək" Azərbaycan və Rumıniya qarşılaşması 3:1 hesabı ilə başa çatıb
Avropa Oyunları
13 İyun , 2015 21:54
​Aleksandr Çervyakov: Hər bir komanda ən güclü oyununu göstərəcək

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov "Bakı 2015" I Avropa Oyunlarında Rumıniya millisi ilə qarşılaşmadan sonra oyun haqda fikirlərini bildirib.

"Report"un məlumatına görə, yığmanın baş məşqçisi əvvəlcə yaxşı oynamadıqlarını, sonradan vəziyyəti ələ aldıqlarını deyib:

"Şadam ki, qalib gəldik. Digər rəqiblərimiz güclüdür və meydana qələbə üçün çıxacaq. Hər bir komanda ən güclü oyununu göstərəcək. Digər rəqiblərin oyununu izləməmişik, ancaq onların oyunlarının videoyazılarına baxacağıq və hazırlaşmağa vaxt olacaq. Çalışacağıq ki, digər oyunlarda qalib gələk və qələbə qazanaq".

Qeyd edək ki, Azərbaycan və Rumıniya qarşılaşması 3:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi