Belçika yığması Avropa çempionatında ilk qələbəsini böyük hesabla qazanıb - VİDEO

Belçika yığması Avropa çempionatında ilk qələbəsini böyük hesabla qazanıb - VİDEO İrlandiya Türkiyədən sonra darmadağınla üzləşən ikinci komanda olub
Futbol
18 İyun , 2016 18:53
Belçika yığması Avropa çempionatında ilk qələbəsini böyük hesabla qazanıb - VİDEO

Bakı. 18 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə Avropa çempionatında günün ilk matçına yekun vurulub. "Report"un məlumatına görə, E qrupunda Belçika yığması İrlandiyanı böyük hesabla məğlub edərək, çempionatda ilk qələbəsini qazanıb.

İlk yarısı qolsuz başa çatan matçda hesabı 48-ci dəqiqədə Romelu Lukaku açıb. 61-ci dəqiqədə Aksel Vitsel fərqi artırıb. 70-ci dəqiqədə isə Lukaku özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Bu qələbə sayəsində Belçika xallarını 3-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Qrupa 6 xalla İtaliya başçılıq edir. İsveç və İrlandiya isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər. 

Qeyd edək ki, İrlandiya Avropa çempionatında darmadağınla üzləşən ikinci komandadır. Ötən gün Türkiyə eyni hesabla İspaniyaya yenilib. 

Son xəbərlər

Orphus sistemi