Yuxarı

​AVRO-2016: Ukrayna turnirdə çıxışını dayandıran ilk komanda olub

Bu, Polşa-Almaniya yığmalarının oynundan sonra müəyyənləşib

Bakı. 17 iyun. REPORT.AZ/ Ukrayna futbol üzrə Avropa çempionatında çıxışını başa vuran ilk komanda olub.

"Report" xəbər verir ki, eyni qrupda yer alan Almaniya və Polşa yığmalarının ikinci turda heç-heçə oynaması Ukraynanın Avro-2016-nın "play-off" mərhələsinə çıxmaq şanslarının üzərindən xətt çəkib.

Aktivində hərəyə 4 xalı olan Polşa və Almaniya ukraynalı futbolçular üçün əlçatmaz olub. Qrup mərhələsinin ikinci turunda Şimali İrlandiyaya 2:0-lıq məğlubiyyət isə Mixail Fomenkonun yetirmələrini 3-cü yeri tutmaq şanslarından məhrum edib. Çünki reqlamentə görə, xallar bərabər olan zaman komandalar arasındakı şəxsi görüşün nəticəsi əlavə göstərici kimi götürülür.

Üçüncü turda Almaniya Şimali İrlandiya, Ukrayna isə Polşa ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi