Yevlax Pilot Aqroparkında daha 1 milyon manat dəyərində intensiv meyvə bağları salınacaq

ASK
  • 07 avqust, 2023
  • 07:42
Yevlax Pilot Aqroparkında daha 1 milyon manat dəyərində intensiv meyvə bağları salınacaq

Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və "Kronos Agro" MMC-yə rezident statusu verilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Rezidentlər 61,9 hektar sahədə investisiya dəyəri 938,4 min manat olan intensiv meyvə bağları salacaq, 19 nəfəri daimi, 128 nəfəri isə mövsümi işlə təmin edəcək", - nazir qeyd edib.