Azərbaycanda yaş baramanın hər kiloqramına görə veriləcək subsidiyanın məbləği müəyyənləşib

Azərbaycanda yaş baramanın hər kiloqramına görə veriləcək subsidiyanın məbləği müəyyənləşib Baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb
ASK
14 Mart , 2017 09:39
Azərbaycanda yaş baramanın hər kiloqramına görə veriləcək subsidiyanın məbləği müəyyənləşib

Bakı. 14 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası”nı təsdiq edib.

"Report"un xəbərinə görə, baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib.

Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi