Bakıda kənd təsərrüfatı yarmarkaları keçiriləcək

Bakıda kənd təsərrüfatı yarmarkaları keçiriləcək Yeni İl bayramı ilə əlaqədar Bakı şəhəri və ətraf rayonlarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək
ASK
15 Dekabr , 2014 19:51
Bakıda kənd təsərrüfatı yarmarkaları keçiriləcək

Bakı. 15 dekabr. REPORT.AZ/ 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı şəhəri və ətraf rayonlarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, Xətai rayonu Ukrayna dairəsinin yanı, Nəsimi rayonu S.Vurğun küçəsi 73, Yasamal rayonu Şərifzadə küçəsi 1, Nərimanov rayonu Gənclik metrosunun yanı, Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12, Binəqədi rayonu Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53 ünvanlarında keçiriləcək olan yarmarkalar 27-31 dekabr tarixlərində fasiləsiz olaraq 5 gün müddətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi