Xaçmazda keçiriləcək “Açıq qapı sərgi-satış yarmarkası”nın vaxtı dəyişib

Xaçmazda keçiriləcək “Açıq qapı sərgi-satış yarmarkası”nın vaxtı dəyişib Sabah Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində keçirilməsi nəzərdə tutulan “Açıq qapı sərgi-satış yarmarkası”nın vaxtı martın 5-nə dəyişdirilib.
ASK
3 Mart , 2022 15:06
Xaçmazda keçiriləcək “Açıq qapı sərgi-satış yarmarkası”nın vaxtı dəyişib

Sabah Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində keçirilməsi nəzərdə tutulan “Açıq qapı sərgi-satış yarmarkası”nın vaxtı martın 5-nə dəyişdirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, dəyişiklik hava şəraiti ilə əlaqədardır.

Yarmarkada fermerlər müxtəlif növ aqrar texnikalarla tanış ola, onları sınaqdan keçirə və ala biləcəklər. Bunun üçün 40% güzəştlə lizinq və nağd yolla satışı təşkil ediləcək. Qiymətlər bazarla müqayisədə 10-15% aşağı olacaq. Bundan başqa, alıcılara 2 illik zəmanət, 1 illik texniki baxış, 1 illik “AgroUber” mobil platformasından ödənişsiz istifadə imkanı, çatdırılma, quraşdırma və texnikanın istifadə qaydalarına dair təlim hədiyyə ediləcək.

"Açıq qapı"nın keçirilməsində məqsəd qarşıdakı yeni becərmə və məhsul yığımı mövsümündə fermerlərin yeni innovativ texnikalarla tanış olmasına şərait yaratmaq, onların texnikalara əlçatanlığını təmin etmək, fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına yardım etmək, bu sahədə məlumatlandırma aparmaqdır.

Son xəbərlər

Orphus sistemi