Yuxarı

Xaçmazda iribuynuzlu heyvanlar arasında yayılmış xəstəliklə bağlı araşdırmanın nəticəsi məlum olub

DBNX xəstəliyin insan sağlamlığı üçün heç bir təhlükə daşımadığını bildirir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Çarxı kəndində iribuynuzlu heyvanlar arasında yayılmış xəstəlik insan sağlamlığı üçün heç bir təhlükə daşımır.

Bunu "Report"un sorğuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibliyinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, bu barədə məlumat daxil olan kimi DBNX-nin mütəxəssisləri, eləcə də ərazi üzrə həkimləri kəndə yollanıblar və faktla bağlı araşdırmalara başlanılıb.

"Biz ancaq iki ev təsərrüfatında heyvanlarda zəhərlənmə faktı aşkar etdik. Araşdırmalarımız zamanı heyvanların yosun və yeni çıxan bitkilərdən zəhərləndikləri məlum oldu. Həmin mal-qara artıq müalicə olunub. Bu heyvanlar kənddə insan sağlamlığı üçün heç bir təhlükə yaratmırlar. Lakin əhaliyə bir daha xatırlatmaq istəyirik ki, süd istehlak etməzdən öncə, o, mütləq qaydada qaynadılmalıdır", - deyə Y. Xanvəli əlavə edib.

Qeyd edək ki, 2 həftə bundan əvvə sözügedən kənddə ev təsərrüfatlarında saxlanılan iribuynuzlu heyvanların süd vəzilərinin şişməsi sakinlər arasında böyük narahatlıq yaratmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi