Yuxarı

Xaçmazda ev yanıb

Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 2 fevral. REPORT.AZ/ Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi