Yuxarı

​"Western Union"un prezidenti nə üçün Ermənistanı deyil, Azərbaycanı seçmələrindən danışıb

Məsələ Dağlıq Qarabağla əlaqəlidir

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın pul köçürmələri xidməti üzrə ixtisaslaşan "The Western Union Company" şirkətinin baş direktoru və prezidenti Hikmət Ersek Ermənistan və Azərbaycan arasında seçim etmələrindən danışıb.

"Report"un məlumatına görə, Rusiyanın "Vedomosti" nəşrinə müsahibə verən Hikmət Ersek "Ermənistan və Azərbaycan bazarları arasında seçim edən zaman, siz ikincini seçdiz. Nə üçün?" sualına belə cavab verib:

"Məsələ siyasət və Dağlıq Qarabağla əlaqəlidir. Hər iki ölkənin mərkəzi bankı bizi seçim qarşısında qoydu: biz bu ölkələrdən yalnız birində fəaliyyətə başlaya bilərdik. Və mən istərdim ki, biz Ermənistanda da işləyə bilək, lakin biz şəraitə uyğunlaşmalıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi