Yuxarı

Vüsal Qasımlı: "Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artır"

Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxması üçün geniş imkanlar yaranıb

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın Rusiyaya həyata keçirdiyi qeyri-neft ixracının həcmi artır. "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin iki ölkə arasında ticarət dövriyyəsinin azalması barədə fikrini şəhr edən Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib: "Bu isə iki ölkə arasında daha da keyfiyyətli ticarət münasibətləri deməkdir". 

Onun sözlərinə görə, faktiki olaraq Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artır: "Gələcəkdə Azərbaycanın bu istiqamətdə Rusiya bazarına həm kənd təsərrüfatı, həm də digər emal məhsulları ilə çıxış etmək imkanları genişdir". 

"Digər tərəfdən, Rusiyanın Avropa İttifaqı və Türkiyə ilə münasibətlərinin gərginləşməsi Azərbaycan sahibkarları, istehsalçılarının Rusiya bazarına daha geniş daxil olmaq imkanı verib. Azərbaycanla Rusiyanın çox yaxşı logistika və nəqliyyat əlaqələrinin mövcud olması, məsafə baxımından Rusiyanın daha yaxın ölkə olduğunu nəzərə alaraq, bunun Azərbaycan üçün bir üstünlük olduğunu düşünürəm. Habelə, nəzərə almaq lazımdır ki, Quba-Xaçmaz, Şəki-Zaqatala zonaları Rusiyaya meyvə-tərəvəz ixracı istiqamətində rəqabət üstünlüyünə malikdir", - deyə Mərkəzin rəhbəri əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi