Vüqar Gülməmmədov: "Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi keçiriləcək"

Vüqar Gülməmmədov: "Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi keçiriləcək" “Növbəti ayda kənd təsərrüfatına ayrılan subsidiyalarla bağlı auditin keçirilməsi planlaşdırılır”.
ASK
20 Aprel , 2022 13:34
Vüqar Gülməmmədov: Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi keçiriləcək
Vüqar Gülməmmədov

“Növbəti ayda kənd təsərrüfatına ayrılan subsidiyalarla bağlı auditin keçirilməsi planlaşdırılır”.

“Report”xəbər verir ki, bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında , qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı üçün istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.

Ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) daha 44,4 min fermerə təxminən 21,7 milyon manat əkin subsidiyası ödəyib. Bununla da, payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 277 minə, ümumi ödəniş məbləği isə 173,4 milyon manata çatıb.

Ötən gün ödənilən subsidiyalar 111 min 572 hektar əkin sahəsini əhatə edib. 2021/2022-ci il üçün ümumilikdə 880 min 92 hektar əkin sahəsi üzrə subsidiya ödənilib.

Son xəbərlər

Orphus sistemi