Vladanka Andreyeva: "BMT Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verir"

Vladanka Andreyeva: "BMT Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verir" “BMT-nin Azərbaycandakı nümayəndəliyinin məqsədi ölkədə kənd yerlərinin inkişafına nail olmaqdır ki, bu da fermerlərin fəaliyyətinin yaxşılığa doğru dəyişməsi baxımından vacibdir”.
ASK
31 Yanvar , 2023 11:18
Vladanka Andreyeva: BMT Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verir

“BMT-nin Azərbaycandakı nümayəndəliyinin məqsədi ölkədə kənd yerlərinin inkişafına nail olmaqdır ki, bu da fermerlərin fəaliyyətinin yaxşılığa doğru dəyişməsi baxımından vacibdir”.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda çıxışı zamanı bildirib.

O deyib ki, aqrar məsləhətlər fermerləri qarşılaşdıqları problemlərə qarşı daha hazırlıqlı edir və ərzaq təhlükəsizliyini yüksəldir.

BMT-nin rezident əlaqələndiricisi qadınların da bu sahədə böyük rol oynadığını, onların fəaliyyətinin təmin edilməsinin BMT üçün böyük əhəmiyyət kəsb edən inklüziv inkişafa daxil olduğunu vurğulayıb.

V.Andreyeva BMT-nin bu istiqamətdə Azərbaycanla fəal iş apardığını və müvafiq qrantlar ayırdığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi