Yuxarı
    Bağlamaq

    Vatikan ABŞ-ın yeni prezidentinə dualar edəcək

    Petro Parolin: Bu gün hər kəs bunun üzərində işləməlidir

    Bakı. 10 noyabr. REPORT.AZ/ Vatikan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa dualar edəcəyini vəd verib.

    "Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

    Məlumatda bildirilir ki, Vatikan Trampın öz gücünü dünyada sülhün bərqərar olmasına yönəltməsi üçün dualar edəcək.

    "Biz dua edəcəyik ki, Allah onu maarifləndirsin və o gücünü xidmət üçün həm ölkəsinə, həmçinin bütün dünyada sülhün xeyrinə, çiçəklənmənə yönəltsin. Mən düşünürəm ki, bu gün ciddi münaqişədə olan dünyada vəziyyəti dəyişdirmək üçün hər kəs bunun üzərində işləməlidir " – deyə Roma katolik kilsəsinin dövlət katibi Petro Parolin bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi