Yuxarı
    Bağlamaq

    ​"Unibank" müştərilərinə "İphone 6S" qazanmaq imkanı yaradıb

    Tiraj bankın baş ofisində keçiriləcək

    Bakı. 12 iyul. REPORT.AZ/ "Unibank" ASC müştərilərinə bankın filialına getmədən, ödəmə terminalı axtarmadan, evdə, işdə oturduqları yerdə mobil telefonla bank əməliyyatı etməklə "İphone 6S" markalı mobil telefon qazanmaq imkanı yaradıb. 

    Bu barədə "Report"a bankdan bildirilib.

    Məlumata görə, "Unibank" mobil əlavəsindən istifadə edən müştərilər arasında lotereya keçirir. Lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər 2 ədəd "İphone 6S 16 GB Space Grey", 2 ədəd "Dinamik Bose SoundLink Mini Bluetooth II", 5 ədəd 100 manatlıq "Albukart", 15 ədəd 50 manatlıq "Albukart" əldə edəcəklər.

    Lotereya bu gündən başlayır və oktyabrın 12-nə qədər davam edəcək. 24 qalibin müəyyənləşdiriləcəyi tiraj 28.10.2016 tarixində oynanılacaqvə iki hissədən ibarət olacaq. Birinci hissədə 12iyul-12oktyabr 2016-cı il tarixləriarasında "UnibankMobile" əlavəsində əməliyyat edən müştərilər iştirak edəcək. "UnibankMobile" əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandıracaq. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.

    İkinci hissədə lotereya müddətində "UnibankMobile" əlavəsini yükləyərək 12iyul-12oktyabr tarixləri arasında minimum 1əməliyyat edən müştərilər iştirak edəcək. Hər müştərinin yalnız bir şansı olacaq. Birinci hissədə qalib gələn müştərilər, ikinci hissədə iştirak edə bilməzlər.

    "UnibankMobile" əlavəsindəşans qazandıran əməliyyatlar kredit ödənişi, pul köçürmələri (Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta fərqli valyutada, Güzəştsiz kartdan hesaba, Hesabdan güzəştli karta, Kartdan karta, Cari hesabdan əmanət hesabına fərqli valyutada, Kartdan əmanət hesabına), mobil operator ödənişləri, stasionar telefon ödənişləri, kommunal ödənişlər, internet,Kabel TV ödənişləri, asan imza ilə əmanət təminat altında kredit açmaq, asan imza ilə əmanət hesabı açmaqdır.

    Digər əməliyyatlar lotereyada iştirak etmir və reversal (ləğv olunmuş) əməliyyatlar şans kimi qiymətləndirilməyəcək. Lotereyada iştirak "Unibank"ın işçilərinə şamil edilmir. Tiraj bankın baş ofisində (R.Behbudov küçəsi 55) keçiriləcək.

    Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi