Ukrayna və Polşa Azərbaycandan buğda unu almağa başlayıb

ASK
  • 20 oktyabr, 2022
  • 13:17
Ukrayna və Polşa Azərbaycandan buğda unu almağa başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 6 milyon 532 min ABŞ dolları dəyərində 18 min 345 ton buğda unu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,3 dəfə, kəmiyyət olaraq – 7,2 dəfə çoxdur.

Rusiyadan 6 milyon 494 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,5 dəfə) 17 min 863 ton (+7,2 dəfə), Türkiyədən 26,62 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 13,54 ton (-15,5 %), İtaliyadan 5,39 min ABŞ dolları dəyərində (-34,2 %) 4,09 ton (+6,2 %), Fransadan 2,05 min ABŞ dolları dəyərində (-7,3 %) 1,66 ton (+6,4 %), Hindistandan 2,02 min ABŞ dolları dəyərində (+90,5 %) 2,02 ton (+88,8 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 10,91 min ABŞ dolları dəyərində 25,15 ton buğda unu ixrac edib (bir il əvvəl tədarük olmayıb).

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ukrayna və Polşaya tədarük həyata keçirilib. Həmin ölkər Azərbaycandan müvafiq olaraq 6,59 min ABŞ dolları dəyərində 15,15 ton və 4,31 min ABŞ dolları dəyərində 10 ton un alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti