Üç ölkədən Azərbaycana günəbaxan yağı idxalı bərpa edilib

ASK
  • 02 fevral, 2023
  • 13:39
Üç ölkədən Azərbaycana günəbaxan yağı idxalı bərpa edilib

2022-ci ilin ilk 11 ayında Azərbaycan xaricdən 59,82 milyon ABŞ dolları dəyərində 35 min 390 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 22,5 % azdır.

Rusiyadan 51,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % azdır) 31 min 904 ton (-31 %), Türkiyədən 8,235 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 4 min 227 ton (+8 dəfə), Özbəkistandan 205,72 min ABŞ dolları dəyərində 113,48 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində (-57 %) 77,15 ton (-61 %), İtaliyadan 89,66 min ABŞ dolları dəyərində (+70 %) 34,48 ton (+55,1 %) məhsul gətirilib.

Altı il 10 ayın tamamında Özbəkistandan, 5 il 9 aylıq fasilənin ardından Gürcüstandan, 2 il 2 aylıq aradan sonra Fransadan tədarük bərpa edilib. Azərbaycana Gürcüstandan 53,98 min ABŞ dolları dəyərində 22,37 ton, Fransadan 0,02 min ABŞ dolları dəyərində 0,01 ton günəbaxan yağı idxal edilib.