Türkiyənin Taxıl Şurası rəsmisi: "Dünyada taxıl istehsalında artım gözlənilir"

Türkiyənin Taxıl Şurası rəsmisi: "Dünyada taxıl istehsalında artım gözlənilir" 2024-2025-ci illərdə dünyada buğda və arpa istehsalında artım gözlənilir və bu, taxıl bazarına müsbət təsir edə bilər.
ASK
24 Sentyabr , 2024 16:37
Türkiyənin Taxıl Şurası rəsmisi: Dünyada taxıl istehsalında artım gözlənilir

2024-2025-ci illərdə dünyada buğda və arpa istehsalında artım gözlənilir və bu, taxıl bazarına müsbət təsir edə bilər.

"Report" xəbər verir ki, bunu Türkiyənin Taxıl Şurasının Ticarət Departamentinin rəhbəri Tunc Necipoğlu Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

O həmçinin deyib ki, dünya bazarında buğda və arpa satışı ilə bağlı vəziyyətə Rusiya və Ukrayna arasında atəşkəs əldə olunması, eləcə də qlobal iqtisadiyyatda canlanma, yükək məhsuldarlıq müsbət təsir göstərə bilər.

"Bununla yanaşı, bir sıra ölkələrin yürütdüyü proteksionist siyasət buğda və arpa bazarına mənfi təsir göstərə bilər. Taxıl bazarındakı qiymətlər neftin qiyməti ilə bağlı qeyri-müəyyənlikdən, eləcə də Qara dəniz sahilində və Avropanın bəzi yerlərində əlverişsiz iqlim şəraitində buğda istehsalının azalmasından, Ukraynanın ixrac kvotası, Rusiyanın isə ixrac vergiləri tətbiq etməsindən də təsirlənə bilər. 2025-26-cı illərdə Rusiyada qışlıq taxıl becərilməsi ilə bağlı mənfi gözləntilər var", - deyə qonaq əlavə edib.

Son xəbərlər

Orphus sistemi