Türkiyəli nazir: "Dünyada taxıl emalına maraq artmaqdadır"

Türkiyəli nazir: "Dünyada taxıl emalına maraq artmaqdadır" Dünyada taxıl emalına və bu sahədə istifadə edilən texnologiyalara maraq artmaqdadır.
ASK
24 Sentyabr , 2024 11:33
Türkiyəli nazir: Dünyada taxıl emalına maraq artmaqdadır
İbrahim Yumaklı

Dünyada taxıl emalına və bu sahədə istifadə edilən texnologiyalara maraq artmaqdadır.

"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

"Dünyadakı iqlim dəyişikliyi su və torpaq resurslarına təsir göstərir. Bu baxımdan bütün ölkələr üçün qida istehsalı strateji sahəyə çevrilməkdədir. Son dövrlərdə qida təhlükəsizliyinə mənfi təsir göstərən hadisələr baş verib. Həm koronovirus pandemiyası, həm də Rusiya-Ukrayna müharibəsi taxıl, buğda və un istehsalının qida təhlükəsizliyi baxımından nə qədər önəmli olduğunu göstərib. Ona görə də hazırda taxıl emalına və bu sahədə istifadə edilən texnologiyalara maraq artır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi