Yuxarı

​Türkiyədə baş vermiş daha bir partlayışda 4 nəfər ölüb, 17 nəfər yaralanıb - YENİLƏNİB

Partlayış polis maşınının bombanın olduğu avtomobilin yanından keçərkən baş verib

Bakı. 13 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində baş vermiş partlayış nəticəsində yaralananların sayı 17 nəfərə çatıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb. 

Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi və ölənlərin terrorçu olduğu bildirilir.

Partlayış o qədər güclü olub ki, hadisə yerində 5 metr dərinliyi, 30 metr eni olan çuxur yaranıb. 

Yaralılar xəstəxanalara aparılıblar.


***00:02

Bakı. 13 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətinin cənub-şərqindəki Hani rayonunda güclü partlayış baş verib.

"Report"un məlumatına görə, bu haqda "CNN Türk" telekampaniyası xəbər yayıb.

Xəbərdə bildirilir ki, avtomobildə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində on nəfərdən çox adam yaralanıb.

Partlayış polis maşınının bombanın olduğu avtomobilin yanından keçərkən baş verib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi