Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq genişləndiriləcək

Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq genişləndiriləcək Türkiyə-Azərbaycan İş Şurası Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyi təklif edir
ASK
13 Mart , 2021 12:59
Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq genişləndiriləcək

"Azərbaycanla Türkiyə arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 2020-ci ildə 13 % artaraq 2,4 mlrd ABŞ dolları səviyyəsində olub. Ölkələr arasında ticarət dövriyyəsini artırmaq istiqamətində çalışırıq".

Report” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi “Rəqəmsal Məşğulluq” mövzusunda online konfransda Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat deyib.

O bildirib ki, ticarət dövriyyəsini artırmaq üçün yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib: “Məqsədimiz iki ölkə arasında biznes və sərmayə imkanlarının və yeni məşğulluğun yaradılmasına nail olmaqdır. Çünki istər Türkiyədə, istərsə də Azərbaycanda böyük sayda gənc nəsil var. Hər il minlərlə gənclər universitet məzunu olaraq əmək bazarına daxil olur. DEİK olaraq üzərində çalışdığımız mövzulardan biri də Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdir. Aqrar sahədə hər iki ölkə əhəmiyyətli potensiala sahibdir”.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanla Türkiyə arasına ticarət dövriyyəsi 4,16 mlrd ABŞ dolları təşkil edib. Azərbaycanın Türkiyəyə ixracı 2,597 mlrd ABŞ dolları, Türkiyənin Azərbaycana idxalı isə 1,563 mlrd ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi