Türkiyə Azərbaycandan noxud idxalını bərpa edib
- 24 iyun, 2022
- 05:44
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana xaricdən 1,447 milyon ABŞ dolları dəyərində 1 min 891 ton qurudulmuş noxud gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 69,5 %, kəmiyyət olaraq – 54,2 % çoxdur.
Hesabat dövründə Meksikadan 592,7 min ABŞ dolları (bir il əvvəlki göstərici ilə müqayisədə 4,6 dəfə artıb) dəyərində 388,5 ton (+4,1 dəfə), Rusiyadan 416,2 min ABŞ dolları (+59,4 %) dəyərində 1 238 ton (+83 %), Hindistandan 196,1 min ABŞ dolları dəyərində (-34,2 %) 146 ton (-49,5 %), Almaniyadan 183,4 min ABŞ dolları dəyərində (+4 575 dəfə) 76,2 ton (+7 600 dəfə), Türkiyədən 42,3 min ABŞ dolları dəyərində (-60,9 %) 30,85 ton (-75,6 %) məhsul alınıb.
4 ay ərzində Azərbaycan 92,9 min ABŞ dolları dəyərində 89 ton qurudulmuş noxud ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 58 % və 46,6 % azdır.
Rusiyaya 78 min ABŞ dolları dəyərində (-64,6 %) 65 ton (-66 %) və Türkiyəyə 14,9 min ABŞ dolları dəyərində 24 ton (bir il 2 aylıq fasilədən sonra tədarük bərpa edilib) məhsul satılıb.