Tovuzun 9 kəndində fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub

Tovuzun 9 kəndində fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub Aqrar səyyar xidmətlər payızlıq əkinlərin bəyanı başa çatanadək davam edəcək.
ASK
250
22 Dekabr , 2020 10:59
Tovuzun 9 kəndində fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir.

Bu barədə “Report” Nazirliyə istinadən xəbər verir.

Bildirilir ki, növbəti aqrar səyyar xidmət Tovuz rayonunun Aşağı Quşçu, Dondar Quşçu, Dönük Qırıqlı, Alakol, İbrahimhacılı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərində təşkil olunub.

Xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.

Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.

Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir.

Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir, Bərdə, Şəmkir, Samux və digər rayonlarda müvafiq xidmətlər təşkil olunub. Aqrar səyyar xidmətlər payızlıq əkinlərin bəyanı başa çatanadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi