Tərəvəzçilik İnstitutu ilə Toxumçular Assosiasiyası arasında memorandum imzalanıb

Tərəvəzçilik İnstitutu ilə Toxumçular Assosiasiyası arasında memorandum imzalanıb Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev ilə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva arasında Anlaşma Memorandumu imzalanıb.
ASK
1 Avqust , 2023 10:14
Tərəvəzçilik İnstitutu ilə Toxumçular Assosiasiyası arasında memorandum imzalanıb

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, sənədi İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev və Assosiasiyanın sədri Mədinə Əliyeva imzalayıb.

Memorandumun məqsədi əməkdaşlığın genişləndirilməsi, istehsal olunan keyfiyyətli və məhsuldar tərəvəz toxumlarının fermerlərə çatdırılmasına dəstək verilməsi, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərinin birgə həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkil edilməsidir.

İmzalanma mərasimində institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.

E. Allahverdiyev bildirib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.

M. Əliyeva institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçirib.

Son xəbərlər

Orphus sistemi