Tayvan Azərbaycana şəkər ixracını bərpa edib

ASK
  • 11 avqust, 2022
  • 13:16
Tayvan Azərbaycana şəkər ixracını bərpa edib

2022-ci ilin ilk 5 ayında Azərbaycandan xaricə 9,274 milyon ABŞ dolları dəyərində 14 min 448 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 54,4 % azdır.

Türkmənistana 5,601 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 57,1 % azalıb) 8 min 775 ton (-65 %), Gürcüstana 3,071 milyon ABŞ dolları dəyərində (+95 dəfə) 4 min 922 ton (+123 dəfə), Rusiyaya 320,67 min ABŞ dolları dəyərində (-8,8 %) 300,41 ton (-26,5 %), Qırğızıstana 277,76 min ABŞ dolları dəyərində (-66 %) 448 ton (-72,4 %), İsrailə 1,7 min ABŞ dolları dəyərində (-32,5 %) 1,34 ton (-46,4 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycan xaricdən 192,76 min ABŞ dolları dəyərində 234,74 ton şəkər alıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 93,3 % və 95,7 % azdır.

Ukraynadan 123,77 min ABŞ dolları dəyərində (-79,2 %) 203,76 ton (-81,3 %), Finlandiyadan 23,11 min ABŞ dolları dəyərində 12,75 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 17,01 min ABŞ dolları dəyərində (-96,5 %) 8,22 ton (-99,1 %), Lüksemburqdan 8,84 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,94 ton (+68 %), Almaniyadan 3,6 min ABŞ dolları dəyərində (-47,3 %) 2,03 ton (-42,8 %) şəkər tədarük edilib.

On il 4 aylıq fasilənin ardından Tayvandan tədarük bərpa edilib. Bu ölkədən 4,46 min ABŞ dolları dəyərində 1 ton şəkər alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti