Tacikistan Azərbaycanla aqrosənaye üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir

Tacikistan Azərbaycanla aqrosənaye üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir "Tacikistan Azərbaycanla aqrosənaye sahəsində münasibətlərini genişləndirmək və bu sahədə təcrübəsini mənimsəmək niyyətindədir".
ASK
25 Aprel , 2022 13:47
Tacikistan Azərbaycanla aqrosənaye üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir

"Tacikistan Azərbaycanla aqrosənaye sahəsində münasibətlərini genişləndirmək və bu sahədə təcrübəsini mənimsəmək niyyətindədir".

“Report” xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Sali iki ölkə arasında diplomatik münasibətlərinin 30 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən "dəyirmi masa"da bildirib.

O deyib ki, biz Cənubi Qafqaz ölkələri ilə yaxından əməkdaşlıq etməyə tərəfdarıq: "Bu, əməkdaşlıq üçün çox əlverişli regiondur. Biz Cənubi Qafqazda sabitlik tərəfdarıyıq”.

Diplomat Azərbaycanla Tacikistan arasında əməkdaşlıq çərçivəsində bir sıra sərmayə layihələrinin araşdırıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi